Brend neçənci ildə yaranıb?
2021-ci ildə
Brendi kim yaradıb?
Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF Fabriki yaradıb. Rover şirkəti ilə franşiza əsasında qurulub.
Brendin yaranma səbəbi nədir?
Brendin yaranma səbəbi bazarda münasib qiymətə gənclər üçün saat seçimlərinin az olması idi. Rover saatı gənclər üçün nəzərdə tutulmuş, dinamik və müzasir dizaynları ilə çox əlçatan qiymətə təklif olunur.
Brendin adının mənası nədir?
Rover brendinin mənası "səyahəti, macəranı sevən adam" mənasını daşıyır.
Brendin məhsulları nədən ibarətdir?
Rover brendinin əsas məhsulları idman və dəb üslubunda olan gənc qızlar və oğlanlar üçün qol saatlarından ibarətdir.
Brendin qiymət seqmenti nədir?
Əsasən orta qiymət olaraq qiymət 80-150 AZN aralığında dəyişir.
Brendin istehsalı haradadır?
Brendin istehsalı Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF Fabrikindədir. Fabrik Abşeron rayonu, Bakı ətrafı ərazidə yerləşir.
Brendin istehsal tərəfdaşı hansı şirkətlərdir?
Yaponiyanın Citizen Korporasiyasının Miyota dəqiq mexanizmlər istehsal edən fabriki və Böyük Britaniyanın qabaqcıl Christina UK Limited dizayn studiyasıdır.
Brendin saytı nədir?
vmfrover.com
Brendin sosial şəbəkə səhifəsi nədir?
instagram.com/vmfrover
facebook.com/vmfrover
Brendin məhsul aksesuarlarına nələr daxildir?
"Rover Saatları müştərilərə tam komplekt şəkildə təqdim olunur. Hər bir saat aşağıdakı aksesuar və sənədlərlə birlikdə verilir:
Saat
Təlimat kitabçası
Zəmanət kartı
Kolleksiyaya uyğun dizaynda qutu
Brend adına uyğun hədiyyə paketi
Birkası (etiket)
Məhdud saylı modellər üçün xüsusi “Limited Edition” sertifikatı"
Brend ildə neçə dəfə yeni kolleksiya istehsal edir?
Hər il
Brendin məhsulları harda satılır?
20-yə yaxın VMF satış salonlarında və 80-dən çox diler şəbəkəsi ilə əməkdaşlıq edirik
Brendin ödəniş və çatdırılma şərtləri necədir?
Çatdırılma ödənişsiz şəkildə həyata keçirilir,məhsul satıldıqda təyin olunmuş realizasiya faizi üzrə ödəniş şirkətə ödənilir.
Dilerlərə eksklüziv satış hüququ verirsinizmi?
Dilerlərə eksklüzivlik alış planına əsasən bölgə üzrə verilə bilər.
Dilerlər üçün hansı satış dəstəyi mövcuddur?
Dilerlərdə satılan məhsullara görə,satıcılara bonuslar nəzərdə tutulur. Hər satılan Rover saatına görə satıcıya 3 AZN mükafat verilir
Servis xidməti harada göstərilir?
Servis xidməti fabrikdə göstərilir
Rover Kəmərin materialı nədir?
"Rover saatlarının kəmərləri PU (Polyurethane) materialından hazırlanır. PU kəmərlər – yüngül, suya davamlı və allergiyaya qarşı xüsusiyyətləri ilə fərqlənir, həmçinin bu kəmərləri heyvan dərisindən hazılnamadıgı üçün vegan kəmərləri adlandırmag olar."
Rover kəməri niyə tez xarab olur?
Təbii dəridən fərqli olaraq daha az dayanıqlıdır, üstün cəhətləri isə ondan ibarətdir ki, anti-allergikdir və həssas dərilər üçün uyğundur.
Stalker saatlarının korpusunun materialı nədir?
Stalker saatlarının korpusu Alloy (metal ərintisi) materialındandır. Bu, yüngül və rahat metaldır — paslanmaya qarşı qoruyucu qatla örtülür, ona görə də gündəlik istifadə üçün idealdır.
Sport kolleksiyasından korpus ve brasleti qara olan modelin materialı nədir?
Sport kolleksiyasının korpusu yüksək keyfiyyətli plastik (polycarbonate) materialdan, bilərziyi isə 316L markalı paslanmaz poladdan hazırlanır. Bu birləşmə saatı həm yüngül, həm də davamlı edir — aktiv həyat tərzi üçün ideal balans yaradır.
Brendin İnstagram səhifəsi varmı? Ordan sifariş edə bilərik?
Bəli İnstagram üzərindən suallarınızı verə və sifariş edə bilərsiniz: instagram.com/vmfrover
Saat suya davamlıdırmı?
Bəli suya davamlıdır. Modelə görə 3-20 ATM arası dəyişə bilir
Qızılı rəngli saatlarda rəng getmə olur?
Qızılı örtüklü modellərdə düzgün qulluq vacibdir: güclü kimyəvi maddələr, parfüm və ya dəniz suyu ilə təmas uzunmüddətli istifadədə örtüyə təsir edə bilər
Saatın orijinallığını necə yoxlamaq olar?
VMF-də satılan bütün saatlar unikal seriya nömrəsi və beynəlxalq zəmanət kartı ilə təqdim olunur.
Qaralma və paslanma olur saatlarda?
Xeyr, saat modelləri metal ərintisi ilə hazırlanır. Qaralma və ya paslanma olmur.
Kəmərləri xarab olarsa kəmərlərini tapmaq olacaq?
Fabrikə müraciət etmək lazımdır
Şüşələrin materialı nədir?
Mineral
Saatların kəmərləri dəridir?
Modellərə görə xalis dəri, paslanmaz polad və rezin kauçuk materialdan hazırlanır
Saatın korpusu hansı materialdandır? (Paslanmayan polad, titan, mis, və s.)
Paslanmaz polad və alloy
Batareya neçə il gedir?
3 ilə-dək
Qolbaq allergiya yaratmır?
Rover qolbaqları hipoallergen materiallardan hazırlanır, yəni dəriyə zərər vermir və allergiya yaratmır.
VMF Saatlarında siferblatın aşağı hissəsində neçənci il qeyd olunur?
VMF Saatlarının siferblatının aşağı hissəsində 1997 ili qeyd olunur.Bu tarix VMF Şirkətinin yaranma ilini simvolizə edir və brendin tarixi irsini vurğulayır.
VMF Saat fabriki hansı individuallaşdırma texnologiyalarından istifadə etmək imkanına sahibdir?
Lazer qravür, İsti basma üsulu, tampo pad basma üsulu, ipək qrafika üsulu, tikiş üsulu.
Arxa qapağa qravür edilərkən minimum sifariş neçə ədəddir, qiyməti neçədir və adətən hansı saatlar təklif olunur?
Minimum sifariş 1 ədəddir, qiyməti 20 AZN-dir və arxa qapaqda sifariş mətni yerləşən Avtomatika xaric istənilən saatı təklif etmək olur.
VMF Saat Fabrikinin saatlarında hansı mexanizmlərdən istifadə olunur?
Minimum sifariş 1 ədəddir, qiyməti 20 AZN-dir və arxa qapaqda sifariş mətni yerləşən Avtomatika xaric istənilən saatı təklif etmək olur.
VMF Saat Fabrikinin hansı üslubda saat brendləri istehsal edir?
VMF Saat Fabriki müxtəlif zövqlərə uyğun saat brendləri istehsal edir. VMF Saatları əsasən klassik və elegant üslubda hazırlanır, iş və gündəlik geyimlərlə mükəmməl uyğunlaşır. Rover brendi daha çox gənclər üçün nəzərdə tutulub – idman və dəb üslubunun vəhdətini əks etdirir. Elli brendində isə uşaqlar üçün rəngarəng, rahat və gündəlik istifadəyə uyğun modellər təqdim olunur.